WhatsApp Plus necə yenilənir? Yeniləmə qaydası

Bildiyiniz kimi, mod olunmuş WhatsApp Plus versiyaları üçün müəyyən vaxt aralığı ilə yeni versiyalar çıxır. Bu yeniləmələr sayəsində bir çox hallarda WhatsApp Plus-da olan səhvlər düzəldilir, yeni xüsusiyyətlər əlavə edilir və istifadə müddəti uzadılır. Yeniləmə mövcud olduqda yeni versiya xəbərdarlığı olaraq istifadəçilərə bu haqda bildiriş göndərilir.

WhatsApp Plus yeniləmə qaydası

WhatsApp Plus yeniləmə qaydası necədir?

Bir çox istifadəçi istifadə etdiyi WhatsApp Plus-u yeniləməsi üçün WhatsApp Plus tətbiqini telefonundan silir və yeni versiyanı yenidən yükləyirlər. Bu halda, istifadəçinin mesaj və faylları silinir, mesaj və fayllarını nüsxələməyibsə, onları geri bərpa edə bilmir.

Bu cür problemlərin qarşısını almaq üçün istifadə etdiyiniz WhatsApp Plus-un paket adını bilmək kifayətdir.

Yeniləmə bilidirişi gəldiyi zaman əvvəlki versiyanı silmədən istifadə etdiyiniz paket adı ilə eyni paket adına sahib WhatsApp Plus-u saytımızdan yükləyib quraşdırmalısınız.

İstifadə etdiyim WhatsApp Plus-un paket adı nədir?

Saytımızda dərc etdiyimiz bütün WhatsApp modlarının yükləmə linklərinin yuxarısında onların paket adlarını da qeyd edirik. Yükləyərkən bu nüansa diqqət yetirmək lazımdır ki, paketin adını müəyyən etmək üçün başqa proqrama ehtiyac olmasın.

WhatsApp Plus Paket Adı
Paket adı

Əgər yükləmə zamanı WhatsApp Plus-un paket adına diqqət yetirməmisinizsə, bunun üçün heyfslənməyin. Hazırda istifadə etdiyiniz WhatsApp-ın paket adını öyrənmək üçün Play Store-dan kiçik ölçülü Package Name Viewer adlı proqramı yükləyib asanlıqla öyrənə bilərsiniz.

apk package name
Package Name Viewer

Aşağıdakı linkə keçid edərək WhatsApp Plus-a uyğun (eyni paket adı ilə olan) yeni versiyanı yükləyib istifadə etdiyiniz WhatsApp Plus-unuzu ən son versiyaya yeniləyə bilərsiniz.

Oxşar məqalələr

“WhatsApp Plus necə yenilənir? Yeniləmə qaydası” haqqında 10 şərh

    • Salam, video uzunluğundan bəhs edirsinizsə, o sadəcə Wp+ istifadə edənlərdə görsənir. Yəni düzgün funksiya deyil.

      Cavabla
  1. Vatsapima kod gelmir mendekide vatsap pilusdu nece giris yapa bilerem vatsapa xais edirem gmailden kodu gonderin vatsap pilusu acim

    Cavabla

Şərh yazın